Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin 15 oktyabr tarixində suriyalı həmkarı Əhməd əş-Şaraa ilə görüşəcək.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Əhməd əş-Şaraa işgüzar səfərlə Rusiyaya gələcək. Görüş zamanı tərəflər Yaxın Şərqdəki cari vəziyyəti, həmçinin Rusiya-Suriya münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər.
Kremlin məlumatına görə, xüsusi diqqət ticarət-iqtisadi, humanitar və siyasi sahələrdə əməkdaşlıq məsələlərinə, həmçinin bölgədə vəziyyətin həllinə dair fəaliyyətlərin koordinasiyasına yönəldiləcək.
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ