İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa XİN rəhbəri: “Putin bu müharibəni yalnız onu səhv sayanda bitirəcək”

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya Prezidenti Vladimir Putinin Ukraynada apardığı müharibəyə yalnız bir halda son qoya biləcəyini bildirib.

Musavat.com xəbər verir ki, Sikorskinin sözlərinə görə, Kreml rəhbəri bu müharibəni bitirmək üçün əvvəlcə onun səhv addım olduğunu qəbul etməlidir:

“Putin başa düşməlidir ki, bu müharibəni uda bilməz. O, buna yalnız o zaman son qoyacaq ki, etiraf etsin — onun başlanması səhv idi”.

Polşa XİN rəhbəri əlavə edib ki, Rusiya tarixdə artıq bir çox müharibələrdə uduzub:

“Bəli, Rusiya bu müharibəni də uduza bilər, necə ki, vaxtilə Böyük Britaniyaya, Yaponiyaya, Polşaya və ya Əfqanıstandakı mücahidlərlə döyüşlərdə məğlub olub".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR