İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azneft”in baş direktoru işdən çıxarıldı -FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyində (İB) struktur və kadr dəyişiklikləri olub.

Musavat.com modern.az-a istinadən xəbər verir ki, "Azneft”in baş direktoru Əli Qurbanov vəzifəsindən azad edilib.

Əli Qurbanov daha əvvəl "Umid Babək Əmliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb. 2024-cü ildə "Azneft”ə baş direktor təyin edilmişdi.

Yeni qərarla o, "SOCAR Upstream" xüsusi layihələr üzrə direktor vəzifəsinə təyin edilib.

Digər bir qərarla "Azneft”in baş direktoru vəzifəsi ləğv edilib. Bundan sonra İB-də müxtəlif sahələr üzrə bir neçə direktor vəzifəsi olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR