Onlayn ictimai-siyasi qəzet
Neftçalada Kürdə batan üç yeniyetmə barədə bəzi məqamlar məlum olub.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, onların hər biri rayonun Beşdəli kənd sakinləridir.
18 yaşlı Elşən Əhmədov və 16 yaşlı Siyasət Əhmədov qardaşdır. S.Əhmədov orta məktəbi bu il bitirib, o, üç gün əvvəl məzun gününü qeyd edib. Çayda boğulan Teymur Məlikov isə Dövlət Sərhəd Xidmətinə (DSX) daxil olan təhsil müəsisələrindən birinin kursantıdır.
Yeniyetmələr ötən gün Kür çayının Neftçala rayonu, Cəngən kəndindən keçən hissəsində çimərkən boğulublar. Onların cəsədləri FHN tərəfindən tapılaraq ailələrinə təhvil verilib.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ