İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir həftəyə gözaltı qaralardan xilas olacaqsınız - SADƏ ÜSUL

Bəzən yorğunluq, bəzən də vitamin çatışmazlığı gözaltı torbaların yaranmasına və şişkinliyə səbəb olur. Bu da insanlarda yorğun görünüş yaradır.

Musavat.com Publika.az-a istinadən gözaltı qaralardan xilas olmağın sadə üsulunu təqdim edir:

Bunun üçün bizə sadəcə bir kartof, bir xiyar lazımdır.

Kartofu və xiyarı soyun, sürtgəcdən keçirin.

Bərabər miqdarda kartof suyu və xiyar suyunu qarışdırın.

Qarışığı pambıq və ya təmiz parça ilə gözünüzün alt nahiyəsinə çəkin. 15-20 dəqiqə gözlədikdən sonra maskanı isti su ilə yumşaq bir şəkildə yuyun və dərini qurudun.

Faydaları

Kartofun tərkibində olan fermentlər və nişasta dərinin tonunu tarazlaşdırmağa və göz altındakı qara dairələri açmağa kömək edir.

Xiyar tərkibindəki yüksək su və antioksidanlar sayəsində dərini nəmləndirir, təravətləndirir və şişkinliyi azaldır.

Daimi istifadə etdikdə gözaltı nahiyəsi daha parlaq və sağlam görünür.

Ev şəraitində asanlıqla hazırlana bilən bu təbii maska ​​tərkibində kimyəvi maddələr olmadığından və təhlükəsiz istifadə oluna biləcəyindən dərini qıcıqlandırmır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR