İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Mərkəzi Bankı daha iki kredit ittifaqına icrası məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Total Finans" və "İşgüzar" kredit ittifaqlarına icrası məcburi göstəriş verib. 

Musavat.com bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, kredit ittifaqları 2024-cü ilin kənar auditdən keçmiş maliyyə hesabatlarını təqdim etmədiyindən, "Kredit ittifaqları haqqında" qanunun 17.3-cü maddəsinin tələbi təmin edilməyib. "Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, kredit təşkilatlarından maliyyə hesabatlarının kənar auditdən keçməsi, təsdiqedici sənədlər əlavə edilməklə quruma rəsmi məlumat verilməsi tələb olunub. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR