Onlayn ictimai-siyasi qəzet
ABŞ cəmi bir gün ərzində 1000 ədəd “qızıl viza” sataraq 5 milyard dollar gəlir əldə edib. Hər bir viza 5 milyon dollara başa gəlib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Latnik “All In” podkastında danışıb.
Onun sözlərinə görə, “qızıl viza” satışından əldə edilən vəsait ABŞ-ın büdcə kəsirini azaltmaq üçün istifadə olunacaq.
Daha əvvəl Donald Tramp ABŞ-da “qızıl” yaşayış icazələrinin satışına başlanacağını elan edib. O, bu proqramın ölkənin büdcə kəsirinin azaldılmasına kömək edəcəyini vurğulayıb.
Tramp həmçinin indiyə qədər xarici investorlar üçün mövcud olan ABŞ-ın “EB-5” viza proqramının ləğv ediləcəyini bəyan edib.
Musavat.com
23 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ