İnsanlara hürriyət, millətlərə istiqlal!

Bill Qeyts: "Hazırda Marsa uçuş texnologiyalarına sərmayə qoymaq düzgün deyil"

“Microsoft” kompaniyasının yaradıcısı Bill Qeyts “SpaceX”-in qurucusu İlon Mask kimi Marsa uçuş texnologiyalarının inkişafına yatırım etməyin düzgün olmadığını düşünür.

AZƏRTAC xəbər verir ki, bu barədə Bill Qeyts BBC telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Yer kürəsində daha çox diqqət tələb edən həll olunmamış problemlər qalmaqdadır: “Marsa uçmaq çox baha başa gəlir. Qızılca peyvəndi alaraq daha çox həyat qurtara bilərik”.

Amerikalı sahibkar, həmçinin hesab edir ki, İlon Mask gələcəkdə böyük filantrop olacaq, onun “Tesla” kompaniyası bəşəriyyətin inkişafı üçün çox faydalı işlər görür.

İlon Mask Marsı koloniyalaşdırmaq üçün “SpaceX” kompaniyasını bəşəriyyətə yardım məqsədilə qurduğunu dəfələrlə bəyan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR