Onlayn ictimai-siyasi qəzet
Biləsuvarda mikroavtobus piyadanı vurub.
Hadisə Biləsuavar-Bəhrəmtəpə avtomol yolunda, Nəsimi kəndi ərazisində qeydə alınıb.
Biləsuvar rayonunun Bəydili kənd sakini Tofiq Əliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus kənd sakini 2005-ci il təvəllüdlü Rəşad Əkbərovu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.
Məlumata görə, R.Əkbərov bir neçə gün öncə hərbi xidmətdən geri dönüb.
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ