İnsanlara hürriyət, millətlərə istiqlal!

Biləsuvarda itkin düşən gəlinin atası danışdı - VİDEO

Biləsuvar rayon sakini olan 1997-ci il təvəllüdlü Günel Hüseynzadə mayın 12-də heç kimə demədən evdən çıxaraq Bakıya yola düşüb. Bundan sonra yaxınları ondan hər hansı bir xəbər ala bilmədiyinə görə polisə müraciət ediblər.

İtkin düşən qadının atası Şaiq Əliyevin sözlərinə görə, qızı yaşaya bilmədiyini və onu evə aparmasını istədiyini deyirdi:

“Psixoloji cəhətdən çox problem yaşayırdı. Hətta özünü öldürməyə cəhd edib. Yenə mən təskinlik verməyə çalışırdım”.

Ş. Əliyev iddia edir ki, qızının qayınanası ona məxsus olan işləməyən mobil telefonu G. Hüseynzadənin əlində tutub: “Dedim ki, telefon işləmirsə, niyə bu şikayətlə mənim yanıma gəlirsən?. Mənə dedilər ki, qızın telefonda canlı efirə çıxır”.

Onun sözlərinə görə, gəlin köçdüyü ailədə Günelin telefon işlətməsinə icazə verilməyib, bununla belə o, bir neçə dəfə telefon əldə etməyə çalışıb.

İtkin gəlinin dəqiq yerini isə hələ ki, bilən yoxdur.

Daha ətraflı Baku TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR