Onlayn ictimai-siyasi qəzet
Biləsuvarda baş verən qəzada ağır xəsarət alan piyada ölüb.
Musavat.com APA-ya istinadla xəbər verir ki, bir neçə gün bundan əvvəl Biləsuvar-Bəhrəmtəpə magistral yolunun Nəsimikənd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində ağır xəsarət alan piyada bu gün ölüb.
Belə ki, aprelin 7-də günorta saatlarında hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun sürücüsü, Bəydili kənd sakini Tofiq Əliyev qəfil yolun ortasına çıxan iribuynuzlu heyvandan yayınmağa çalışıb. Nəticədə nəqliyyat vasitəsini yolun sağ tərəfinə yönəldən sürücü, həmin an kənarda telefonla danışaraq hərəkət edən piyada 2005-ci il təvəllüdlü Rəşad Rauf oğlu Əkbərovu vurub.
Qəza nəticəsində ağır kəllə-beyin travması alan R.Əkbərov dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, bir neçə gün həkimlərin nəzarəti altında reanimasiya şöbəsində saxlanılıb.
Buna baxmayaraq R.Əkbərovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ