Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin deputatı, həmçinin Daşnaksütyun partiyasının Ali orqanının nümayəndəsi və revanşist mövqeyi ilə tanınan İşxan Saqatelyan, baş nazir Nikol Paşinyanın Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı tələbini faktiki olaraq qəbul etdiyini bəyan edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, indiyədək hökumət tərəfindən inkar edilən bir məsələ olub.
Saqatelyan iddia edir ki, Ermənistanın Sünik bölgəsindən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsi yaradılmasına dair razılıq verilməsi, ölkədə son zamanlar kəskinləşən daxili təzyiqlər – o cümlədən Erməni Apostol Kilsəsinə, və siyasi müxalifətə qarşı repressiyaların əsas səbəblərindən biridir. Onun fikrincə, bu addım yalnız daxili siyasi hesablarla deyil, eyni zamanda Türkiyə və Azərbaycanla əldə edilmiş yeni razılaşmalarla bağlıdır.
İddialara görə, Ermənistanın suverenliyinin və yurisdiksiyasının məhdudlaşdırılması nəzərdə tutulan bu dəhliz "Ərdoğanın daha çevik yanaşma" adlandırdığı planın tərkib hissəsidir və bu prosesə Fransa prezidenti Emmanuel Makron və Qərb dairələri dəstək verir. Saqatelyan bunu Ermənistanın dövlət maraqlarına və onun beynəlxalq tərəfdaşlarının strateji mövqelərinə zidd bir güzəşt kimi qiymətləndirir.
Saqatelyan "Türkləşdirmə proqramı"na qarşı mübarizə aparacaqlarını və Ermənistanın "Türkiyə vilayətinə" çevrilməsinə imkan verməyəcəklər”ni ndə bildirib.
Qeyd edək ki, İşxan Saqatelyan Ermənistanda revanşist dairələrin fəal nümayəndələrindən biri kimi tanınır.
Musavat.com
20 Iyul 2025
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ