İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bild"in bildiyi detal - Zelenski NATO-ya üzvlüklə bağlı ABŞ və Almaniyaya qəzəblidir

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin NATO-ya üzv olmaq istəyinə mane olan ABŞ və Almaniyaya qəzəblənib.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

"Ukrayna prezidenti indi ona bunu etməyə icazə verilmədiyinə görə son dərəcə qəzəblidir", - yazıda deyilir. Nəşrin məlumatına görə, Zelenski ölkəsinin alyansa qəbul eolunması üçün açıq müraciət etmək istəyib.

"Bild" mənbəsi bildirib ki, Berlin və Vaşinqton Kiyevlə bəyannamə imzalamaq istəyir və bu, 2008-ci ildə Buxarestdə qəbul edilmiş və “Ukraynanın NATO-ya üzvlüklə bağlı Avro-Atlantik istəklərini dəstəkləyən” bəyannamənin çərçivəsində kənara çıxmamağı nəzərdə tutur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR