İnsanlara hürriyət, millətlərə istiqlal!

Bıçaqlı yeniyetmə dəhşət saçdı: Beş ölü...

Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində bağçılıq birliyində beş yeniyetmə öldürülüb.

Musavat.com Rusiya İrkutsk vilayəti üzrə İstintaq Komitəsindən TASS-a verilən məlumata istinadən xəbər verir ki, yeniyetmələrdən biri digərlərinə bıçaqla hücum edib, bundan sonra yanğın başlayıb və nəticədə özü də ölüb.

İstintaqın məlumatına görə, bir qrup gənc “Qornıy Baykal” bağçılıq birliyindəki fərdi evdə olub. Müəyyən müddətdən sonra nlardan biri bıçaq götürərək orada olanlara hücum edib. Hadisə nəticəsində 4 yeniyetmə yerindəcə keçinib, daha 4 nəfər isə müxtəlif bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib. Şübhəli şəxs hücumdan sonra evi yandırıb və yanğın nəticəsində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb. İrkutsk vilayətinin prokurorluğundan bildirilib ki, yeniyetmələr Slyudyanski rayonundakı SNT-də şəxsi evdə istirahət edirirmiş.

Baykalskda hadisəni araşdırmaq üçün Rusiya hüquq-mühafizə orqanlarının operativ qərargahı yaradılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR