İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəzi ölkələrdə uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusu yayılıb

Dünyanın bəzi ölkələrində uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusu yayılıb.

"Report" xəbər verir ki, bu barədə Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (ECDC) məlumatında bildirilir.

Kəskin hepatit virusuna yoluxma halları əsasən Avropa və Şimali Amerikada uşaqlarda müəyyən edilib.

Təkcə Böyük Britaniyada 111, Avstriya, Belçika, Danimarka, Fransa, Almaniya, İrlandiya, İtaliya, Niderland, Norveç, Polşa, Rumıniya, İspaniyada təxminən 55 belə hal qeydə alınıb.

Xəstəliyin mənşəyi məlum olmadığı üçün ECDC effektiv nəzarət tədbirlərini müəyyən edə bilmir.

Mütəxəssislər ümumi gigiyena qaydalarına riayət olunmasını, o cümlədən əllərin hərtərəfli gigiyenası, azyaşlıların tez-tez olduğu yerlərin təmizlənməsi və dezinfeksiya olunmasını tövsiyə edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR