Onlayn ictimai-siyasi qəzet
Livan paytaxtının cənub ətrafına gedən bütün keçidləri tamamilə bağlanıb.
Musavat.com TASS agentliyinə istinadən xəbər verir ki, Şiə Hizbullah partiyasının silahlı qanadının üzvləri İsrailin pilotsuz təyyarəsinin HƏMAS-ın qərargahına hücumundan sonra Livan paytaxtının cənub ətrafına gedən bütün keçidləri tamamilə bağlayıb.
Bildirilir ki, Beyrutun şiə bölgələrinə gedən estakadalar bağlanıb. Sakinlərin sözlərinə görə, mobil rabitə də kəsilib.
Nigar HƏSƏNLİ,
Musavat.com
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ