Onlayn ictimai-siyasi qəzet
Gündəlik həyatımızda istehlak etdiyimiz qidaların beyin sağlamlığımıza təsir etdiyi bu mövzuda aparılan araşdırmaların sübutudur. Bəzi pəhriz növləri beyin sağlamlığına müsbət təsir edə bilər.
Eyni zamanda pəhriz zamanı bəzi qidalara diqqət yetirilməlidir. Çünki beyin sağlamlığını gənc və formada saxlamağa kömək edən xüsusi bir qida maddəsi var və onun müntəzəm istehlakı əhəmiyyətli faydalar verir.
Sağlam pəhrizlər ümumiyyətlə qoz-fındıq, tam taxıl və balıq kimi bir çox qida ehtiva edir. Bununla belə, beyin sağlamlığını gənc saxlamaqdan söhbət gedirsə, giləmeyvələr bu sahədə önə çıxan bir nömrəli qidadır. Beyin sağlamlığınızı ən yaxşı səviyyədə saxlamaq üçün yemək vərdişlərinizin əsasına giləmeyvələri daxil etmək vacibdir.
Qaragilədən böyürtkənə və hətta albalıya qədər bu kiçik giləmeyvələr dadlı olması qədər xeyirlidir də. Müntəzəm olaraq istehlak edildikdə, zehni 20 yaşa qədər cavanlaşdırır.
Giləmeyvələrin tərkibində olan fitokimyəvi maddələr beynə antioksidan, iltihab əleyhinə, antiviral və antiproliferativ xüsusiyyətlər verə bilər və nəticədə beynin təbii qocalma prosesini yavaşlatmağa kömək edir.
Qaragilə istehlakının da fərqli təsiri var. Araşdırmanın nəticələrinə görə, hər gün bir stəkan qaragilə yeyən iştirakçılar, hər gün istehlak etməyənlərə nisbətən daha yaxşı şifahi yaddaş və tapşırıq yerinə yetirmə bacarıqları nümayiş etdiriblər.
Çiyələk isə koqnitiv funksiyaların inkişafına mühüm töhfə verir. 90 gün ərzində hər gün iki stəkan çiyələk ekvivalenti istehlak edən şəxslər, çiyələk istehlak etməyənlərlə müqayisədə idrakı ölçən testlərdə daha yaxşı nəticələr əldə ediblər.
Eyni zamanda moruq, böyürtkən də beyin üçün xeyirli olan qidalardandır. (Axşam.az)
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ