İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq təşkilatlardan İrandakı aksiyalarla bağlı REAKSİYA

 

Tviterin xarici seqmentində 22-23 dekabr tarixlərində beynəlxalq təşkilatlar və şəxslər tərəfindən İranla bağlı maraqlı paylaşımlar edilib.

Musavat.com onlardan bir qismini təqdim edir:

Almaniya Bundestaqının üzvü Ye-One-Ri: “Almaniya Sosial Demokrat Partiyasının 43 deputatı sadalananların həyata keçirilməsi üçün çağırış edib: Siyasi məhbusların azad edilməsi; İran ictimaiyyətinə dəstək; İran rejiminin hər bir fərdinə qarşı sanksiyalar; SEPAH-ın terror təşkilatı kimi siyahısına salınması; Almaniyadakı iranlı müxalifətin müdafiəsi”.

“Parliamentarians for Global Action” qeyri-hökumət təşkilatı: “Qlobal Fəaliyyət üçün Parlamentarilər” təşkilatı bütün dünyadakı qadın millət vəkilləri, o cümlədən İran rejimi tərəfindən səyahət qadağası və iqtisadi sanksiyaların hədəfi olan üzvümüz Hanna Noyman ilə həmrəydir. Qadın deputatlara qarşı zorakılığı dayandırın!”.

“Human Rights Watch” təşkilatının keçmiş icraçı direktoru Kennet Rot: “İran təhlükəsizlik qüvvələri qeyri-qanuni şəkildə öldürücü güc tətbiq edərək, sentyabrın 30-u “Qanlı Cümə” adlandırılan bir gündə Zahidan şəhərində onlarla etirazçını öldürüb və yaralayıb. BMT-nin yeni faktaraşdırıcı missiyası diqqətini bu hadisəyə yönəltməlidir”.

“Human Rights Watch” təşkilatının böhran və münaqişələr üzrə direktor müavini Cerri Simpson: “BMT-nin İranın zorakılıq halları ilə bağlı təhqiqatı təhlükəsizlik qüvvələrinin əyalətin paytaxtı Zaheden şəhərində sentyabrın 30-dan (“Qanlı Cümə”) bəri onlarla etirazçını öldürməsi və yaralaması, o cümlədən Maki məscidi və digər hündür ibadət yerlərinin damlarından onlara atəş açması məsələsinə baxmalıdır”.

İFEX təşkilatı: “Təqib olunma təhdidləri ilə yanaşı, İran hakimiyyəti açıq şəkildə məhkəmə proseslərini başlatmağa və tez bir zamanda hökm çıxarmağa tələsir”;

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatının əməkdaşı Ceyson Brodski:

“Həftənin ən az təəccüb doğuran xəbəri: MAQATE nümayəndə heyətinin ötən bazar günü İrana səfəri zamanı heç bir irəliləyiş əldə olunmadı, rəsmi Tehran isə bu sonsuz prosesin davam etməsini təmin etmək üçün baş direktoru səfərə dəvət edib. Yəni, əvvəlcə mane olublar, sonra dəvət ediblər. Növbəti həftə və İran rejiminin Mossad komandalarını darmadağın etməsi ilə bağlı növbəti iddiaları. Elanların sayındakı bu artım İran inqilabçılarını gözdən salmaq üçündür, amma nəticə verməyəcək”;

“Bu şərhləri eşitmək insanı rahatladır. Aİ-nin uğursuz İran siyasətindən yorulan avropalı millət vəkilləri hər gün davamlı olaraq məni təəccübləndirirlər. Bilmirəm, Brüssel nə vaxt ayağa qalxacaq”.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR