İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Alyans Misir Qasımlı ilə bağlı Zelenskiyə müraciət ünvanladı

Xəbər verdiyimiz kimi, II Qarabağ müharibəsi iştirakçısı, həmyerlimiz Misir Qasımlı artıq 1 ildir ki, Ukraynada həbsdə saxlanılır. O, milliyətcə erməni olan bir əcnəbi tərəfindən şərlənib. Heç bir dəlil olmadan həbsdə saxlanılan Misir Qasımlı artıq bir neçə gündür aclıq aksiyasına başlayıb və səhhətində yaranan problemə görə həkim nəzarətinə götürülüb.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansı Ukrayna Respublikasının Prezidenti Volodimir Zelenski və Baş Prokuroru Aleksey Simonenkoya müraciət ünanlayıb. Müraciətdə Azərbaycan vətəndaşı Misir Qasımlının həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi əks olunub və Alyansın sədri Elmar Məmmədov adından dərc edilib. 

Müraciət mətnini olduğu kimi təqdim edirik: 

"Ukrayna Respublikasının Prezidenti cənab Volodimir Zelenskiyə

Ukrayna Respublikasının Baş Prokuroru cənab Aleksey Simonenkoya

Kiyev Vilayətinin Obuxov Rayon Məhkəməsinin hakimi A.M.Zinçenkonun icraatında olmuş İş № 761/31532/21 saylı Cinayət İşi Üzrə Ukrayna Respublikasının Cinayət Məcəlləsinin 146-cı maddənin 3-cü hissəsində, 187-ci maddənin 4-cü hissəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs Qasımlı Misir Elman oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə

Azərbaycan Ukrayna Beynəlxalq Alyansı tərəfindən 

M Ü R A C İ Ə T

Kiyev Vilayətinin Obuxov Rayon Məhkəməsinin icraatında Ukrayna Cinayət Məcəlləsinin 146-cı maddəsinin 3-cü hissəsi, 187-ci maddəsinin 4-cü hissəsi, 263-cü maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayətləri tərətməkdə təqsirləndirilən şəxs Qasımlı Misir Elman oğlunun barəsində 09.06.2021-ci il tarixli, 12021100100002255 saylı ERDR-ə daxil edilmiş cinayət işi aparılır.

Qasımlı Misir Elman oğlunun vəkilləri Dobranitsa V.M., Volkov A.V müvəkkillərinin təqsirini sübuta yetirəcək dəlillərin olmaması səbəbi ilə Qasımlı Misir Elman oğlunun barəsində aparılan cinayət təqibi başa çatanadək onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişlər. 

“Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” vəkillərin vəsatətini dəstəkləyib və onun təmin olunmasını xahiş etmişdir. 14.07.2022-ci il tarixdə keçirilən məhkəmədə Müdafiəçi Dobranitsa V.M. məhkəmə prosesində prokurorun vəsatətlərinə etiraz edərək, ittihamın fərziyyələrə əsaslandığını bildirərək təqsirləndirilən şəxslərin günahına dair heç bir dəlil və sübutun olmadığını qeyd edərək Qasımlı Misir Elman oğlunun “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” tərəfindən zaminə götürülməsini, təqsirləndirilən 2-ci ŞƏXS barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan daha yüngül həbs-qətimkan tədbirinin seçilməsini xahiş etmişdir.

Məhkəmə iclasında Prokuror işə baxılması yekunlaşmadığından 1-ci və 2-ci ŞƏXS barəsində həbs-qətimkan tədbirinin davam etdirilməsi barədə vəsatət qaldırıb,  müdafiəçinin vəsatətinin təmin olunmasına etiraz edib. 

Məhkəmə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasına etiraz etməyən prokuroru, təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasına etiraz edən müdafiəçini dinləyib, təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi və uzadılması üçün əsas olan riskləri yoxlayaraq, məhkəmənin təqsirləndirilən şəxsin videokonfrans vasitəsilə məhkəmə iclasında iştirakı üçün bütün mümkün tədbirləri gördüyünü nəzərə alaraq, sonuncu aşağıdakı nəticələrə gəlməkdən imtina etmişdir. 

Ukrayna Cinayət-Prosessual Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq, ehtiyat tədbirinin tətbiqinin məqsədi

- tədbirlər şübhəlinin, təqsirləndirilən şəxsin üzərinə qoyulan vəzifələri yerinə yetirməsini təmin etməkdir onun prosessual öhdəlikləri, habelə ibtidai istintaq orqanlarından və məhkəmədən gizlənmək cəhdlərinin qarşısının alınması;

- cinayətin baş verməsinin hallarını müəyyən etmək üçün vacib olan hər hansı əşyaları və ya sənədləri məhv etmək, gizlətmək və ya eybəcərləşdirmək;
- eyni cinayət prosesi üzrə zərərçəkmişə, şahidə, digər şübhəli, təqsirləndirilən şəxsə, ekspertə, mütəxəssisə qanunsuz təsir göstərmək;
- cinayət prosesinə hər hansı başqa yolla müdaxilə etmək; 
- başqa cinayət törətmək və ya şübhəli bilindiyi və ya ittiham olunduğu cinayət əməlini davam etdirmək.

Şəxsin cinayət törətməsinə əsaslı şübhənin olması, habelə hakimin, məhkəmənin müstəntiqinin həmin hərəkətləri şübhəli, təqsirləndirilən şəxsin, məhkumun  bu maddənin birinci hissəsində nəzərdə tutulmuş törədə biləcəyinə inanması üçün kifayət qədər əsas verən risklərin olması həbs-qətimkan tədbirinin tətbiqi üçün əsasdır.

Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbiri uzadılmalı, çünki Ukrayna Cinayət-Prosessual Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş risklərin azaldılması və ya olmaması barədə təqsirləndirilən şəxsə qarşı məhkəmədə həbsdən daha yüngül qabaqlayıcı tədbirlərin tətbiqi ilə bağlı hər hansı məlumat müəyyən edilməmiş, bu vaxta kimi təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti uzadılana qədər məhkəmə prosesini başa çatdırmaq mümkün deyilmiş. 

Məhkəmə Ukrayna Cinayət Prosessual Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş risklərin olub-olmaması barədə ərizənin arqumentlərini yoxlayaraq, cinayət prosesinin konkret hallarını və ittiham tərəfinin əlavə etdiyi sübutları nəzərə alaraq, məhkəmə onların mövcud olduğu qənaətinə gəlmişdir. Yəni təqsirləndirilən şəxsin məhkəmədən gizlənmək, cinayət prosesinin hallarının müəyyən edilməsi üçün vacib olan əşyaları məhv etmək, gizlətmək və ya təhrif etmək, şahidlərə, eyni cinayət prosesində zərərçəkmiş şəxsə qanunsuz təsir göstərmək, cinayət prosesinə başqa üsulla müdaxilə etmək, başqa cinayət əməli törətmək kimi ehtimalların olması qənaəti ilə həbs qətimkan tədbirinin uzadılmasına qərar vermişdir. Lakin bu qeyd edilən bu halları təsdiq edəcək heç bir fakt iş materiallarında mövcud olmamışdır.. 

“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası və təcrübəsinin tətbiqi haqqında” Ukrayna Qanununun 17-ci maddəsinə uyğun olaraq, məhkəmələr İnsan Hüquqları və Əsas Azadlıqlar haqqında Avropa Konvensiyasını və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsini hüquq mənbəyi kimi tətbiq edirlər. 

Həbs-qətimkan tədbiri haqqında qərar qəbul edərkən məhkəmə, Ukraynanın normalarından əlavə, Avropa İnsan Hüquqları Məhkəməsinin xüsusilə “Labita İtaliyaya qarşı” 06.04.2000-ci il tarixli qərarında ifadə edilmiş təcrübəsini nəzərə alır və göstərir ki, həbs müəyyən işdə o zaman əsaslandırılır ki, konkret əlamətlər təqsirsizlik prezumpsiyasına baxmayaraq şəxsi azadlığa hörmətdən üstün olan ictimai maraqların mövcudluğunu aşkar etsin.

Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübə kontekstində qeyd etmək lazımdır ki, müttəhimin qaçma riski təkcə mümkün cəzanın ağırlığı əsasında müəyyən edilə bilməz. Belə riskin qiymətləndirilməsi bir sıra digər amillərə istinad edilməklə aparılmalıdır ki, onlar ya qaçma riskinin mövcudluğunu təsdiq edə bilər, ya da onun ehtimalının az olduğunu və həbsə ehtiyac olmadığını göstərə bilər (Pançenko Rusiyaya qarşı). 
Qaçış riski şəxsin xarakteri, onun əxlaqı, yaşayış yeri, məşğuliyyəti, əmlak vəziyyəti, qohumluq əlaqələri və belə şəxsin cinayət təqibinə məruz qaldığı ölkə ilə bütün növ əlaqəsi ilə bağlı amillər nəzərə alınmaqla qiymətləndirilməlidir. (Bekçiyev Moldovaya qarşı).

Cinayət prosesi kontekstində risk, şəxsin məhkəmə və məhkəmə prosesinə mane olan və ya cəmiyyət üçün təhlükə yaradan hərəkətlərə əl atması ehtimalının müəyyən dərəcəsidir. 

Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsi “XV İsveçrəyə qarşı” 01.26.1993-cü il tarixli iş üzrə qərarında qeyd etmişdir ki, cinayətin ağırlığını nəzərə alınması, öz rasional məzmunu vardır, çünki ağır cinayətə görə gələcək cəzanın şübhəlinin istintaqdan yayınma riskini artırdığını nəzərə alaraq, bu şəxsin ictimai təhlükə dərəcəsini göstərdiyindən və onun davranışını kifayət qədər yüksək ehtimalla proqnozlaşdırmağa imkan verir. 

Yuxarıda deyilənlərə əsaslanaraq, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məlumatları ümumilikdə nəzərə alınmayaraq, məhkəmə belə nəticəyə gəlmişdir ki, ittiham tərəfi vəsatətdə Ukrayna Cinayət Prosessual Məcəlləsinin 177-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş riskləri sübut edib, iş materiallarında bunun əksi üçün kifayət qədər çəkindirici amillər yoxdur. Beləliklə, indiki cinayət prosesində daha az sərt ehtiyat tədbirlərinin adekvat tədbir olacağına inanmaq üçün heç bir əsas yoxdur, ittiham tərəfi təqsirləndirilən şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasını əsaslandıran halları tam şəkildə məhkəməyə sübut etmişdir. 

Halbu ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərin əməllərini təsdiq edəcək dəlil və sübut iş materiallarında olmamışdır. Bundn başqa barəsində cinayət təqibi aparılan şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyil. Təqsiri ittiham tərəfi sübuta yetirməlidir. Cinayət işi materiallarında isə elə bir mötəbər sübut olmamışdır. 

Ona görə də  Məhkəmə prosessual hüquq normasını (CPM 177) düzgün təfsir etməyərək Ukrayna Cinayət-Prosessual Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin seçilmiş tədbirlərinin seçilməsi və davam etdirilməsi zamanı nəzərə alınan risklərin azaldılmasını və ya aradan qalxmasını göstərən halları təsdiq edən inandırıcı sübutlar təqdim edilməmişdir qeyd etmişdir. Halbuki, təqsirsizlik preziumpsiyası baxımından şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyil. Şəxsin əməlində cinayət tərkibinin olmasını ittiham tərəfi sübut etməliydir.
Bundan başqa məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsində nəzərdə tutulmuş hüquqların pozulmaqla şəxsin həbsdə saxlanılmasını düzgün təfsir etməyərək yanlışlığa yol vermişdir. Çünki cinayət prosesinin məqsədinə çatmaq üçün əsaslandırılmış və kifayət edən məhz belə ehtiyat tədbirləri ehtimal edilməklə deyil şəxsin cinayətdə təqsiri təsdiq edildikdə onun barəsində həbsdə saxlanmasına dair qərar qəbul edilməsi məqsədə müvafiq olardı. .

İlk olaraq onu qeyd edirik ki, Ukrayna Dövlətin qanunlarına və Dövlətin adından qəbul edilmiş qərarlara hörmətlə yanaşırıq. Ümid edirik ki, barələrində istintaq aparılan şəxslərin vəkillərinin qeyd etdikləri kimi təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin olmaması səbəbi ilə icraata  xitam verəcəkdir.

Biz də Qasımlı Misir Elman oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən 2-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə fəal iştirak edərək qazi olduğu üçün məhkəmə tərəfindən onun barəsində seçilmiş qətimkan tədbirinin ən ağırı olan həbsin ev dustaqlğı qətimkan tədbiri ilə əvəz edilməsini diasporamız adından məhkəmədən xahiş etmişdik. Lakin xahişimiz nəzərə alınmamışdır. 

Ona görə də cənab prezident və cənab Baş Prokuror Sizə müraciət edərək köməklik göstərməyinizi xahiş edirik. Cinayət Prosessual Məcəlləsinə əsasən Vəsatət - cinayət prosesi iştirakçılarının cinayət prosesini həyata keçirən orqana ünvanlanmış xahişidir;


Hesab edirik Müraciət və vəsatətimiz tərəfinizdən hörmətlə qarşılnacaq və müsbət həllini tapacaq.
Ona görə də yuxarıda qeyd edilənləri nəzərə alaraq Sizdən beynəlxalq Alyans adından 

XAHİŞ EDİRİK:

Kiyev Vilayətinin Obuxov Rayon Məhkəməsinin icraatında Ukrayna Cinayət Məcəlləsinin 146-cı maddəsinin 3-cü hissəsi, 187-ci maddəsinin 4-cü hissəsi, 263-cü maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayətləri tərətməkdə təqsirləndirilən şəxs Qasımlı Misir Elman oğlunun barəsində 09.06.2021-ci il tarixli, 12021100100002255 saylı ERDR-ə daxil edilmiş cinayət işi üzrə 761/31532/21 №-li 14.07.2022-ci il tarixli qərar ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş (uzadılmış) Qasımlı Misir Elman oğlunun ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi brədə köməklik göstərməyinizə dair xahişimizi nəzərə alasınız və aidiyyəti üzrə göstəriş verəsiniz.

Hörmətlə!

Sədr: Elmar Məmmədov
                               
12.09.2022-ci il"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR