İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəstəkar Vaqnerin kötükcəsi Priqojinin “Vaqner”i haqqında yazdı-təəssüf ki...

Ulu babam Vaqnerin adı kimlərinsə qanlı bayraqlarına həkk olunanda mənim nəfəsim tutulur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Almaniyanın (eləcə də dünyanın) ən məşhur bəstəkarlarından Rixard Vaqnerin kötükcəsi Katarina Vaqnerin “Die Welt” qəzetinə müsahibəsində səslənib.

“Vaqner əvvəlcə Hitlerin sevimli bəstəkarı olub, indi isə neo-nasist Priqojinin rəhbərlik etdiyi təşkilat onun adını daşıyır”,-deyə Katarina qeyd edib.

Qeyd edək ki, Rixard Vaqner yaşadığı dövrdə (19-cu əsr) həm də anti-semit baxışları ilə tanınıb. Almaniyada nasistlərin hakimiyyəti zamanında o, az qala 3-cü Reyxin əsas simvol şəxslərindən biri sayıılıb.

Yəhudilər haqqında irqçi fikirlərinə rəğmən Vaqnerin əsərləri indi də klassik musiqi dünyasında yüksək səviyyədə qiymətləndirilir.

Xatırladaq ki, Priqojinin təşkiları öz adını onun ilk komandiri, Dmitri Utkinin ləqəbindən (Vaqner) götürüb. Utkin öz nasist və antisemit mövqeyini gizlətməyib və hətta sinəsində svastika döyməsini belə həkk edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR