Onlayn ictimai-siyasi qəzet
"Beşiktaş" Avropa Liqasında 30 yanvar 2025-ci ildə "Tvente" ilə qarşılaşmasını başqa stadionda keçirmək istədiyini açıqlayıb.
“Ağ-qara” komandanın açıqlamasına görə, buna səbəb Enşede meri Rulof Blekerin “Beşiktaş”ın “Tvente” stadionunda “Tvente” komandası ilə oynayacağı oyuna türk azarkeşlərin buraxılmamasına dair qərar verməsidir. Mer bu qərara əsas olaraq keçmişdə “Beşiktaş” azarkeşlərinin Avropada keçirilən matçlardakı davranışını göstərib və təhlükəsizliyə təminat verə bilməyəcəyini bildirib.
Ona görə də “Beşiktaş” klubunun rəhbərliyi “Tvente” ilə Enşede şəhərindəki stadionda oynamaq istəmədiyini bildirib.
“İctimaiyyətin nəzərinə çatdırırıq ki, “FK Tvente” – “Beşiktaş” UEFA Avropa Liqası matçının hər iki klubun azarkeşlərinin dostluq və təhlükəsiz şəkildə tribunada ola biləcəyi başqa şəhər və ya ölkədə keçirilməsi üçün UEFA-ya müraciət etmişik”- klubdan bildirilib.
Musavat.com
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ