İnsanlara hürriyət, millətlərə istiqlal!

“Beşiktaş” - “Antalyaspor” oyununda duyğulu anlar yaşandı – VİDEO

Türkiyə Superliqasının növbəti turu çərçivəsində baş tutan “Beşiktaş” - “Antalyaspor” oyununda duyğulu anlar yaşanıb.

Matçın dördüncü dəqiqəsinin on yeddinci saniyəsindən (04:17) başlayaraq stadiona toplaşmış azarkeşlər əllərindəki uşaq oyuncaqlarını meydançaya atmağa başlayıblar.

Bu yolla onlar dəhşətli zəlzələdən əziyyət çəkən uşaqları yad edib, onlarla həmrəylik nümayiş etdiriblər.

Qeyd edək ki, Kahramanmaraş vilayətindəki dağıdıcı zəlzələ fevralın 6-da məhz saat 04:17-də baş verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR