İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşər Əsədə niyə İran deyil, məhz Rusiya sığınacaq verdi? - İLGİNC DETALLAR

Məlum olduğu kimi müxaliflər tərəfindən devrilən Suriya rejiminin rəhbəri Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya sığınıb.

Bu barədə Rusiyanın "Rossiya-24" telekanalı məlumat yayıb. 

Bəs niyə İran deyil, məhz Rusiya Bəşər Əsədə sığınacaq verdi?

"Bəşər Əsədə İranın yox, Rusiyanın sığınacaq verməsinin arxasında konkret səbəblərin dayandığı görünür".

Musavat.com bildirir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.

Politoloq qeyd edib ki, Əsədin Qərblə İranı Suriyadan çıxarmaq əvəzində hakimiyyətini qorumaq məsələsində danışıqlara getməsi onun Tehranla münasibətlərində soyuqluq yaratmışdı:

"Müxaliflərin qələbəsindən sonra İran mediasında yayılan məlumatlar da bu səpkidədir. Bununla yanaşı, Həmas liderinin öldürülməsindən sonra Əsədin İranda qalması təhlükəsizlik baxımından riskli ola bilərdi. İstisna deyil ki, Suriyada yeni hakimiyyətlə dil tapmağa çalışan İran Əsədə sığınacaq verməklə perspektivlərini çətinləşdirmək istəməyib.

Bunun əksinə, Rusiyanın Əsədə sığınacaq verməsinin Suriya siyasətinə hesablandığı görünür, xüsusilə müxaliflər danışıqlarda maraqlarının təmin edilməsi üçün Əsəddən kart kimi istifadə edə bilərlər. Bu kontekstdə hakimiyyəti götürən müxaliflərin “Rusiya ilə münasibətləri saxlamaqda maraqlıyıq” açıqlaması diqqət çəkir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR