İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşər Əsəddən Ərdoğanın çıxışına reaksiya - "Lazımdır..."

Suriya prezidenti Bəşər Əsəd Suriya və Türkiyənin tez bir zamanda masaya gəlməsinin və kəşfiyyat səviyyəsində danışıqların siyasi əməkdaşlığa və güc birliyinə çevrilməsinin vacib olduğunu bildirib.

Teleqraf.com xatırladır ki, Türkiyə-Suriya münasibətlərinin normallaşması ilə bağlı bəyanatlar bir-birinin ardınca gəlir.

Prezident Rəcəb Tayyib Ərdoğanın Suriya və Misirlə əlaqələrlə bağlı sualına “Siyasətdə sonsuza qədər küskünlük yoxdur, yeri gələndə oturub dəyərləndirə, ona görə bir yeniləmə edə bilərsiniz” fikrinə qarşılıq verilib.

Suriya rejiminin lideri Bəşər Əsəd “Qonşu ölkələrlə münasibətlərimizə yenidən baxa bilərik. Xüsusilə iyun seçkilərindən sonra biz bunu edə bilərik” cavabını verib.

“Aydınlıq” qəzetinin Suriyadakı mənbələrindən əldə etdiyi məlumata görə, Əsəd ötən gün Suriyanın ziyalıları ilə görüş keçirib. Bağlı qapılar arxasında keçirilən görüşdə diqqət çəkən məsələlərdən biri də Türkiyə-Suriya münasibətləri olub. Əsədə Türkiyənin son açıqlamaları xatırladılıb və bu mövzuda sual verilib. Suriyanın mövqeyini əsas gətirən Əsəd bölgədəki imperialist müdaxilələrə və terrora diqqət çəkib. Əsəd bunların həlli olaraq münasibətlərin yaxşılaşdırılmasının lazım olduğunu bildirib. Əsəd Suriya və Türkiyənin tez bir zamanda masaya gəlməsinin və kəşfiyyat səviyyəsində danışıqların siyasi əməkdaşlığa və güc ittifaqına çevrilməsinin vacib olduğunu bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR