İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdədə “SOCAR PETROELUM”un ilk YDS-i açıldı: 24 yeni iş yeri... – Fotolar, video

Bərdə şəhərində “SOCAR PETROELUM” QSC-yə məxsus “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.
Musavat.com xəbər verir ki, Bakı küçəsində istifadəyə verilən YDS-də 4 yanacaqpaylayıcı kalonka quraşdırılıb. “Aİ-92”, “Aİ-95” Premium, “Dizel” və LPG (maye neft qazı) markalı yanacaq məhsullarının satışının həyata keçiriləcəyi YDS-də nağdsız satış üçün POS-terminallar fəaliyyət göstərəcək.

Qeyd edək ki, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər 24 yeni iş yeri də yaradılıb. Yeni YDS-lər, eyni zamanda ölkəmizdə məşğulluq səviyyəsinin artırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına töhfə verir.
Bərdədə fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli YDS-lərin sayı 47-yə çatdırılıb. Xatırladaq ki, onlardan 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərir.
“SOCAR PETROELUM” QSC-nin starateji inkişaf planına uyğun olaraq, bu sahədə işlər davam etdirilir. Bununla da ölkə ərazisində “SOCAR” brendli yanacaqdoldurma stansiyalarının sayının artırılması gözlənilir.

Musavat.com

3107.jpg (1.70 MB)

3116.jpg (1.49 MB)

3121.jpg (1.66 MB)

3161.jpg (1.87 MB)

3174.jpg (1.32 MB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR