İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdədə DƏHŞƏTLİ QƏZA

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Saatlı kəndində qeydə alınıb.

Qəza zamanı Saatlı kəndi istiqamətində hərəkət edən "VAZ-21099" markalı avtomobillə əks istiqamətdə hərəkət edən "VAZ-21011" markalı avtomobil toqquşub.

Şahidlərin bildirdiyinə görə, qəza zamanı "VAZ-21099" markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hər iki avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda qəzanın səbəbləri, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR