İnsanlara hürriyət, millətlərə istiqlal!

Ben Uolles Britaniyanın müdafiə naziri postunu tərk edir

Ben Uolles 2019-cu ilin iyul ayından bəri tutduğu Böyük Britaniyanın müdafiə naziri vəzifəsindən istefa verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun baş nazir Rişi Sunaka ünvanlanan istefa ərizəsi hökumətin saytında dərc olunub.

İyul ayında Uolles Sunak tərəfindən planlaşdırılan növbəti kadr dəyişikliyi zamanı kabineti tərk etmək niyyətində olduğunu açıqlayıb. Daha sonra nazir siyasətdən bezdiyini qeyd edib. Məktubunda o, həddindən artıq məşğul olduğu üçün diqqətdən kənarda qoyduğu həmin sahələrə vaxt ayırmaq və "özü üçün yeni imkanlar kəşf etmək" istədiyini təkrarlayıb.

“Müdafiə Departamenti dünyanın ən yaxşı insanları ilə yenidən dünya səviyyəli bir təşkilata çevrilmək yolundadır” deyən Uolles işlədiyi illər ərzində şöbənin daha müasirləşdiyindən qürur duyduğunu vurğulayıb. “Mən səmimi qəlbdən inanıram ki, növbəti onillikdə dünya daha qeyri-sabit və daha az təhlükəsiz olacaq. Hər ikimiz hesab edirik ki, müdafiəyə sərmayə qoymağın vaxtı çatıb”, - o, Sunak-a müraciətində əlavə edib.

Vakant vəzifəyə Böyük Britaniyanın Enerji və Karbon Neytrallığı Departamentinin rəhbəri Qrant Şapps təyin edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR