İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarusda dövlətə xəyanətə görə ölüm cəzası hökmü veriləcək

Belarusda dövlətə xəyanətə görə məmurlara ölüm cəzası hökmü veriləcək.

Bu barədə ölkə parlamentinin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatları “Cinayət məsuliyyəti haqqında məcəllələrdə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini ikinci, yekun oxunuşda qəbul ediblər.

“2022-ci il dekabrın 7-də deputatlar tərəfindən birinci oxunuşda qəbul edilən sənəd Respublika Şurası tərəfindən təsdiq edildikdən sonra imzalaması üçün ölkə prezidentinə gedəcək”, - deyə məlumatda əlavə edilib.

Qanun layihəsində Cinayət Məcəlləsinin “Dövlətə xəyanət” maddəsinə ölüm cəzasının tətbiqi imkanını nəzərdə tutan dəyişikliklər dövlət vəzifəsini tutan vəzifəli şəxs, yaxud silahlı qüvvələrin üzvü statusunun aid olduğu şəxs tərəfindən dövlətə xəyanətə görə nəzərdə tutulur.

Nümayəndələr Palatasının mətbuat xidmətindən bildirilib ki, qanunvericiliyə dəyişiklik “dağıdıcı ünsürlərə qarşı çəkindirici təsir göstərmək, habelə dövlətə xəyanətə qarşı qətiyyətli mübarizə nümayiş etdirmək məqsədilə” edilir.

Mənbə: TASS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR