İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏƏ şirkəti ölkəmizdə sayğac istehsal edəcək - 26 milyonluq sərmayə

Birləşmiş Ərəb Əmirliklərinin şirkəti Azərbaycanda elektrik avtomat və sayğac istehsal edəcək.

Belə ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - Birləşmiş Ərəb Əmirliklərinin "SENSEMI DMCC" şirkətinin Azərbaycandakı nümayəndəliyi qeydiyyata alınıb.

İqtisadi Zonaların İnkişafı Agentliyindən daxil olan məlumatda deyilir.

Bununla Sənaye Parkının rezidentlərinin sayı 32-yə çatıb.

Şirkətin Azərbaycandakı nümayəndəliyinə müəssisənin inşası üçün Sənaye Parkında 1 hektar ərazi ayrılıb. İnvestisiya dəyəri 26 milyon manatdan çox olan müəssisədə 83 nəfər daimi işlə təmin ediləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR