Onlayn ictimai-siyasi qəzet
Dünyada infarkt, insult, ürək tutmaları və emboliyaların əsas səbəbi damarın tromvla tıxanmasıdır. Tromb qan laxtasının daha bərk formasıdır.
Əgər siz vaxtından əvvəl bədəninizdə tromb təhlükəsi olduğunuzu bilsəniz, özünüzün və doğmalarınızın həyatını qurtara bilərsiz.
Medicina.az bütünlükdə sizdə tromb olduğunu göstərən 6 əsas simptomu təqdim edir.
1.Aşağı ətraflardan birinin şişməsi, ödemi
Bu vəziyyət dərin venalarda tromboz olanda baş verir. Nəticədə bədənin müəyyən hissəsinə qan axını pozulur, qan dövranı pozulur və həyati vacib daxili orqanlar oksigenlə təmin olunmur.
2.Ayaqlarda ağrılar
Trombozun ümumi əlamətlərindən biri də ayaqlarda uyuşma, sanki qarışqa gəzməsi, iynəbatırma hissi, ağırlıq, müntəzəm ağrılardır.
Ona görə ayaqlarda istənilən şiş, ağrı, göyərmə və s. diqqətli olun.
3. Dəridə qəribə qırmızı xətlər, sahələr
Göyərmə trombun əlamətidir. Bunu çoxu bilir. Amma qırmızı xətlər, sahələr və venalara paralel belə qızartılar, adi dəri qızarması deyil. Bu, göyərmədən də təhlükəlidir. Belə halda dərhal həkimə müraciət edin.
4.Döş qəfəsində dərin nəfəs almada ağrı
Əgər dərin nəfəs alıb verərkən sinədə ağırlıq, ağrı hissi varsa, bu o deməkdir ki, qatı qan kütlələri artıq ağciyərləri təmin edən iri damarlara doğru gedir. Bu əlamət ölümcül təhlükədən xəbər verir. Yəni istənilən vaxt tromb nəfəsi tıxaya bilər. Təcili həkimə getməlisiz
5. Təngnəfəslik
Söhbət ağır yük qaldıranda, 10 mərtəbəni çıxarkən təngnəfəslikdən getmir. Tromb zamanı səbəbsiz təngnəfəslik olur. Bu o deməkdir ki, qan laxtası ağciyərlər ətrafındadır. Bu zaman xəstədə başgicəllənmə də olur.
6.Səbəbsiz və keçməyən öskürək
Qrip, bronxit olmadan öskürmək, hərarətsiz öskürək, heç bir dərmanın təsir etmədiyi halda əgər ağiyərlərin rentgeni də təmiz çıxıbsa, deməli ürək-damar sistemində tromb var və bu ürək ritmini dəyişərək tənəffüsə təsir edir.
Quru öskürək zamanı döş qəfəsi də ağrıyırsa, təngnəfəslik, nəfəs tıxanması varsa, trombdan şübhələnmək lazımdır.
Əgər bu 6 əlamətdən azı 3-ü sizdə varsa, tromba görə müayinə və müalicə olunmağın vaxtıdır.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ