İnsanlara hürriyət, millətlərə istiqlal!

BDYPİ-nin sözçüsü: “Taksi sürücüsü sərnişinin sözü ilə qayda pozur”

“Bu gün paytaxtda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin sayı həddən artıq çoxdur. Daha da təəssüf doğuran məqam odur ki, taksi sürücülərinin tez-tez yol hərəkəti qaydalarını pozduğunun şahidi oluruq”.

Musavat.com xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” verilişində nəqliyyatın sıxlığı ilə bağlı mövzuya münasibət bildirərkən deyib.

O bildirib ki, taksi sürücüləri sərnişinlərin sözü ilə yol hərəkəti qaydalarını pozmağa meyillidir:

“Sərnişini götürməyə tələsirlər və bu zaman qayda pozurlar. Müştəri “mən tələsirəm” deyir və daha sürətli sürməsini tələb edir. Sürücü də qayda pozuntusunu gözardı etməyə çalışır ki, sərnişini ünvan başına tez çatdırsın. Bir növ taksi sürücüsü sərnişinin sözü ilə qayda pozur”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR