İnsanlara hürriyət, millətlərə istiqlal!

BBMM-in Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib

Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni tərkibinin təsdiqi və “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 657 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Musavat.com xəbər verir ki, Sərəncama əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilib:

Abdullayev Kamal Mehdi oğlu

Əbdüləziz bin Osman əl-Tüveycri

Əliyeva Fərəh Şirməmməd qızı

Əliyeva Leyla İlham qızı

Əli-zadə Firəngiz Əli Ağa qızı

Həbibbəyli İsa Əkbər oğlu

Koiçiro Matsuura

Şarovski Aleksandr Yakovleviç

Vəlixanova Nailə Məmmədəli qızı

Zabelin Mixail Yuryeviç.

“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 657 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2313) 1-ci hissəsi ləğv edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR