Onlayn ictimai-siyasi qəzet
"BBC News" Azərbaycandakı ofisini bağladı.
Trend xəbər verir ki, bu barədə BBC-nin açıqlamasında deyilir.
Qeyd edilir ki, "BBC News" Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi bildiriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə "məcburi qərar" verib.
Bildirilir ki, "BBC News"un Bakıdakı jurnalistlər komandası fəaliyyətini dayandırıb.
Qeyd edək ki, media korporasiyası Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ