Onlayn ictimai-siyasi qəzet
"BBC"-nin müxbiri Kəsra Naci İranın İsrailə ən qısa zamanda hücum edəcəyi ehtimalı haqda danışıb.
Musavat.com xəbər verir ki, məlumatı teleqram kanalları yayıb.
Bildirilir ki, Əl-Əqsa məscidi yaxınlığından videomüsahibə hazırlayan müxbir deyir: "İranın hər an, hər saat, 1-2 gün ərzində buraya hücum etmə ehtimalı var.
Burada İranın hücumuna özünü hazırlayan əhali üçün bu, önəmlidir. İsrail rəsmisi NBC telekanalına bildirib ki, İranın hücumu günlərlə davam edə bilər və İran bizi günlərlə davam edən əməliyyatlarla yorub əldən sala bilər.
Əhali bir neçə gün zirzəmilərdə qalmağa məcbur olacağı ehtimalı ilə azuqə hazırlayır.
İsrail hökuməti xalqa xəbərdarlıq edib ki, Dəmir Günbəzin raketlərin 100 faizini tuta bilməmə ehtimalı olduğu üçün onların bəziləri yerə düşə bilər, əhali ayıq-sayıq olmalıdır!"
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ