İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bazarda 150-dən çox gübrə satan fiziki və hüquqi şəxslər fəaliyyət göstərir" - Açıqlama

"2020-ci ildə ilk dəfə səyyar satışa başladıq. Buna qədər fermerlər "Aqroservis" ASC-nin anbarlarında növbəyə dururdular. Onların 70%-i xırda fermer olduğu üçün uzaq məsafədən gübrə almaqda maraqlı deyildi. Elə fermerlər var ki, sahələri kiçik olduğu üçün 1 yaxud 2 kisə gübrə almaq lazım idisə, loqistika xərci səbəbindən onu almaqda maraqlı olmurdular ".

Bunu Musavat.com-a “Aqroservis” ASC-nin qurumun İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib. O qeyd edib ki, gübrə istifadə olunmayan kəndlər var idi: "Hədəfimiz bütün kəndlərdə gübrədən istifadəni təşviq etmək idi. Hədəfimizə çatdıq. Kəndlərdə səyyar satış nəticəsində gübrə satan şirkətlər satış nöqtələrini artırdı. Liberallaşma nəticəsində bazarda 150-dən gübrə satan fiziki və hüquqi şəxslər yarandı. Hazırda səyyar satışa da o qədər ehtiyac qalmadı. Demək olar ki, hər böyük kənddə satış nöqtəsi var. Bazarda şirkət çox olduğu üçün rəqabət var".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR