Onlayn ictimai-siyasi qəzet
Cəlilabad rayonunda bazarda ölüm hadisəsi baş verib.
Musavat.com Report-a istinadla xəbər verir ki, hadisə Cəlilabad şəhərindəki Mərkəzi bazarda qeydə alınıb.
Belə ki, rayon sakini, 1951-ci il təvəllüdlü Tomarxan Əhədov ərzaq alan zaman halı qəfil pisləşib. Daha sonra dünyasını dəyişdiyi məlum olub.
Ölümün səbəbini müəyyən etmək üçün mərhumun meyiti rayon morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ