Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan rəsmiləri ilə ikitərəfli danışıqlar aparmaq üçün çərşənbə günü səhər Tehrandan İrəvana uçub.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
İranlı diplomat Tehran və İrəvan arasında siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını müzakirə etmək niyyətindədir. O, həmçinin “3+3” formatında Cənubi Qafqaz regionu ilə bağlı mühüm məsələlər üzrə məsləhətləşmələr aparacaq.
Ötən gecə Əmir Abdullahian azərbaycanlı və rusiyalı həmkarları ilə ayrı-ayrılıqda söhbətlər aparıb, Qafqazda baş verən prosesləri müzakirə edib, region ölkələrinin imkanlarından istifadə etməklə İrəvanla Bakı arasında sülhün bərqərar olmasını müzakirə edib. (Publika.az)
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ