İnsanlara hürriyət, millətlərə istiqlal!

“Baykar”ın ixrac həcmində REKORD göstərici

Türkiyənin pilotsuz təyyarə istehsalçısı “Baykar” şirkətinin ixrac həcmi 2022-ci ildə 1,18 milyard dollara yüksəlib.

Musavat.com xəbər verir ki, bu barədə “Baykar”ın İdarə Heyətinin rəhbəri Səlcuq Bayraktar “Twitter”də yazıb.

Sosial şəbəkədə yerləşdirilən infoqrafikaya görə, son bir ildə “Baykar” 18 yeni xarici tərəfdaşla pilotsuz uçuş aparatlarının tədarükü üçün müqavilələr imzalayıb. Şirkətin məhsulları dünyanın 27 ölkəsinə çatdırılır.

Hesabatda şirkətin gəlirinin böyük hissəsinin (99,3 faizi) məhz məhsul ixracı hesabına əldə edildiyi vurğulanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR