İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenlə bağlı İLGİNC İDDİA 

“ABŞ prezidenti Co Bayden 2024-cü il seçkilərinə müdaxilə etmək üçün öz hökumətini əsas siyasi rəqibinə qarşı silahlandırıb”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti “X” sosial şəbəkəsində (keçmiş Tvitter) yazıb.

“Ədalət kor qalmalıdır, lakin Bayden hökuməti seçki prosesinə ədalətsiz şəkildə qarışır. Hazırda Corciya ştatının radikal yönümlü prokuroru Baydenin təlimatı ilə Trampa hücum edir. Amerikalılar bu saxtakarlığı görürlər”, - deyə K.Makkarti qeyd edib.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı Corciya ştatında 2020-ci il seçkilərinin nəticələrinə təsir göstərmək cəhdi ilə bağlı ittiham irəli sürülüb. İttihamlara 13 maddə, o cümlədən “Reketçiliklə Mübarizə Aktı”nı pozmaq daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR