İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin TÜRKİYƏ MESAJI - 100 ilin fəlakəti...

ABŞ prezidenti Co Bayden Viskonsin ştatına səfəri zamanı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Bayden Türkiyədə baş verən və Suriyada da dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən danışıb.

"Amerika xalqı adından danışmaq istəyirəm. Bizim fikirlərimiz, dualarımız Türkiyə və Suriya xalqlarının yanındadır. Bilirsiniz, can itkisi günü-gündən artır. Bu, ərazidə son 100 ildə baş verən ən güclü zəlzələlərdən biridir. Həyat itkisinə görə kədərlənir və dərin hüznlə başsağlığı veririk” - Bayden deyib.

ABŞ lideri zəlzələ günü prezident Rəcəb Tayyib Ərdoğana zəng etdiyini xatırladıb:

“Prezident Ərdoğana zəng etdiyim zaman dediyim kimi, ABŞ NATO müttəfiqimizə axtarış-xilasetmə qrupları da daxil olmaqla tam dəstəyini təklif edir. ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Avropadakı silahlı qüvvələrimiz də daxil olmaqla, Türkiyə komandalarına bu sahədə kömək edirik”.

Bayden daha sonra deyib:

“ABŞ Suriyadakı humanitar tərəfdaşlarını dəstəkləyir. Avadanlıq və yardımla baş verənlərə müdaxilə edirik. Biz ilk gündən axtarış-xilasetmə missiyaları həyata keçiririk. Bölgəyə kimin nəzarət etməsindən asılı olmayaraq, Suriyanın bütün yerlərində insan həyatının xilas edilməsində ABŞ aparıcı donordur. Biz bu çətin zamanda Türkiyə və Suriya xalqlarını dəstəkləmək öhdəliyimizdə qərarlıyıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR