İnsanlara hürriyət, millətlərə istiqlal!

“Baydenin səfəri işarə olacaq”- Zelenski ABŞ liderini Ukraynaya çağırdı

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Co Baydenin Kiyevə səfər etmək istədiyini, lakin təhlükəsizlik baxımından hələ ki, mümkün olmadığını bildirib.

Azpost.info xəbər verir ki, Zelenski Rusiya hərbi əməliyyatı başlayandan Ukraynaya səfər edən dünya liderlərini yalnız tərəfdaş deyil, əsl dost hesab etdiyini deyib.

CNN-ə müsahibəsində Zelenski prezident Baydeni Ukraynada görmək istədiyini deyib: “Eşitdim ki, o da bu fikri dəstəkləyib. Onun səfərinə mane olan bəzi təhlükəsizlik məsələləri var, biz bunu başa düşürük”.

Zelenski əmindir ki, Baydenin səfəri ukraynalılara kömək edəcək: “Ukraynalılar ABŞ-ı dəstəkləyir, ukraynalıların Birləşmiş Ştatlara, eləcə də Britaniya, Polşa və Baltikyanı ölkələrə inamı çox yüksəkdir. ABŞ prezidentinin səfəri dövlətlərin Ukraynanı dəstəklədiyinə işarə olacaq, çünki onlar onun qələbəsinə inanırlar və Rusiyadan qorxmurlar”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR