İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin oğlu ilə intim görüntüləri yayılan qadın DANIŞDI: "Ondan 20 min dollar aldım və ..."

Adı tez-tez qalmaqallarda hallanan ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, prezidentin oğlu ilə intim görüntüləri və yazışmaları yayılan qadınlarından biri Amerika mətbuatına diqqətçəkən açıqlamalar verib.

“Kennedi” təxəllüsündən istifadə edən və təhlükəsizlik səbəbindən əsl adını gizlədən qadın 2018-2019-cu illərdə Hanter Bayden ilə münasibətdə olduğunu iddia edib.

“Kennedi” Hanterin asanlıqla manipulyasiya edilə bildiyini deyib:

“Münasibətimiz zamanı ondan 20 min dollar aldım. O mənim çox asanlıqla idarə edə bildiyim bir adam idi. Gözəl və ağıllı olduğum üçün münasibətdə olmadan da onu manipulyasiya edə bilirdim. Mən ondan çox istifadə etdim”.

Qeyd edək ki, Hanter Baydenin adı narkotik istifadəsindən tutmuş, seks qalmaqallarına qədər bir çox məsələdə hallanır. Onunla bağlı iddia olunan məlumatlara yetkinlik yaşına çatmayan qızlarla intim fotoşəkillər, yazışmalar, narkotik və silahdan istifadə də daxildir. 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR