İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin III Çarlzla ərkyana rəftarı Londonda təəccüb doğurub

ABŞ prezidenti Co Bayden Londonda kral III Çarlzla görüşü zamanı ərkyana davranışı ilə ingilisləri təəccübləndirib.

Musavat.com xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Qəzet qeyd edib ki, ABŞ prezidenti monarxla münasibətdə sərt protokoldan kənara çıxıb və əl sıxma zamanı sol əli ilə kralın dirsəyindən tutub, sonra isə əlini onun çiyninə qoyub.

Nəşr vurğulayır ki, Bayden mehriban salamlaşmaq üçün hər iki əlini istifadə edərkən kralın baxışı təəccüb ifadə edib. Qeyd olunur ki, sərt kral protokoluna öyrəşmiş ingilislər inamsızlıqla “qaşlarını qaldırıblar”.

Daily Mail diqqəti Uels mühafizəçilərinin xətti boyunca Vindzor qəsrinin həyətindən keçən kortej zamanı baş vermiş başqa bir yöndəmsiz vəziyyətə cəlb edir. Nəşr qeyd edib ki, ABŞ prezidenti mühafizəçilərdən birinin yanında dayanıb onunla söhbətə başlayıb və bu, III Çarlz üçün sürpriz olub. Kral Baydenə yoluna davam etməsi üçün işarə edib, lakin Amerika lideri söhbəti davam etdirib və bu, III Çarlzı gülümsəməyə və jesti təkrarlamağa məcbur qoyub.

Bundan əvvəl ABŞ prezidenti Co Baydenin Böyük Britaniyaya səfərini əks etdirən video internetdə populyarlaşıb. İstifadəçilər bildiriblər ki, prezident çaşqın görünür və kiminsə ona rəhbərlik etməsini tələb edir.

İyun ayında Ağ Ev rəhbəri Konnektikutda çıxışı zamanı nitqini qəribə şəkildə bitirdiyinə görə məsxərəyə qoyulmuşdu. Bayden o vaxt  "Allah kraliçanı qorusun" demişdi. , Kraliça II Yelizaveta 2022-ci ilin sentyabrında vəfat edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR