İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin Çin liderini "diktator" adlandırdı, Çinin XİN-i cavab verdi

Çinin Xarici İşlər Nazirliyi ABŞ prezidentİ Co Baydenin Çin sədri Si Cinpin haqqında söylədiyi sözlərə görə ABŞ-a etiraz edib. Pekində amerikalı siyasətçinin bəyanatı “son dərəcə məsuliyyətsiz” adlandırılıb və diplomatik etiketi ciddi şəkildə pozur.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə iyunun 21-də Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq məlumat verib.

"Amerika tərəfinin verdiyi bəyanatlar son dərəcə absurddur, son dərəcə məsuliyyətsizdir, faktlara ziddir, diplomatik etiketi ciddi şəkildə pozur və Çinin siyasi ləyaqətinə ciddi hücum və açıq siyasi təxribatdır", - o deyib və əlavə edib ki, Pekin kəskin narazılığını ifadə edir, etirazını bildirir.

Bayden daha əvvəl ABŞ ərazisi üzərində vurulan Çin şarı ilə bağlı insidentdən danışıb. Prezident bildirib ki, Si Cinpinin sözlərinə görə, bu hadisə ilə bağlı tam məlumatı yoxdur və buna görə "çox əsəbiləşib". Siyasətçi onu da bildirib ki, bu, “diktatorlar üçün böyük biabırçılıqdır”.

Bayden bu qalmaqallı açıqlamanı ABŞ dövlət katibi Entoni Blinkenin Pekinə səfərinin bitməsindən cəmi bir gün sonra verib. ABŞ dövlət katibləri son beş ildə Çinə səfər etməyiblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR