İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenə qarşı yeni iddialar - Ağ Ev rədd edir

Ağ Ev Yaponiyanın polad şirkəti “Nippon Steel” və “U.S. Steel”in ABŞ prezidenti Co Baydenə və onun administrasiyasına qarşı iddialarını rədd edib.

Musavat.com xəbər verir ki, Bayden administrasiyası hər iki korporasiya arasında sövdələşməni əngəlləməkdə suçlanır.

Məsələ ilə bağlı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə açıqlama vermək məcburiyyətində qalıb.

“Biz məhkəmə iddialarından danışmırıq. Bilirsiniz, Ədliyyə Departamenti bununla məşğuldur, mən bu barədə şərh vermək fikrində deyiləm və düşünürəm ki, prezidentin cümə günü verdiyi bəyanatda onun fikirləri və bu sövdələşməni əngəlləmək səbəbləri göstərilir. Ona görə də prezidentin söylədiklərindən başqa əlavə edəcəyim heç nə yoxdur” - deyə Ağ Ev rəsmisi bildirib.

Qeyd olunan şirkətlər Co Baydenin “Nippon Steel”in “U.S. Steel”i almasına mane olmaq qərarının “qanunsuz siyasi müdaxilə” olduğunu bildirirlər. Lakin Baydenin komandasında yer alan milli təhlükəsizlik və ticarət ekspertlərinin fikrincə, bu müqavilə ABŞ-ın ən böyük polad şirkətlərindən birinin xaricdən nəzarətə götürülməsinə gətirib çıxaracaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR