İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenə BÖYÜK ŞOK: "Sonun başlanğıcı yaxınlaşır"

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Baydenin əvvəlki şəxsi ofisində və evində onun vitse-prezident olduğu vaxta aid məxfi sənədlər tapılıb. Tapılan 10 gizli sənəddə 2013-2016-cı illərdə hazırlanmış Britaniya, İran və Ukrayna ilə bağlı kəşfiyyat mətnləri yer alıb.

Musavat.com xəbər verir ki, kobud səhvləri ilə məşhur olan ABŞ prezidenti haqqında yeni və qalmaqallı iddia səsləndirilib.

ABŞ-ın keçmiş Prezidenti Bill Klintonun keçmiş məsləhətçisi Dik Morris sənəd qalmaqalının Bayden üçün sonun başlanğıcı olduğunu deyib.

“Bu, Bayden üçün hər şeyin sonu olacaq” deyən Morris sənədlər arasında Baydenin oğlunun rüşvət qalmaqalına dair dəlillərin ola biləcəyinin vurğulayıb.

NBC-nin sorğusuna görə, amerikalıların 67 faizi həm Baydenin, həm də Trampın məxfi sənədləri evdə saxlamasından narahatdır.

 

Qeyd edək ki, sənədlər tapıldıqdan sonra Baydenin şəxsi vəkilləri vəziyyətlə bağlı Ağ Ev və milli arxivlərlə bağlı dövlət qurumları ilə əlaqə saxlayıb, Ədliyyə Nazirliyi araşdırmaya başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR