İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenə ağır İTTİHAM: 8 milyon toyuğu...

Bayden administrasiyası vəzifədən getməzdən əvvəl ölkə daxilində təxminən 8 milyon toyuğu kəsərək yumurta tədarükündə fasilələrə və qiymətlərin artmasına səbəb olub.

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "X" hesabında məlumat verib.

O, Bayden administrasiyasının Prezident Donald Trampın andiçmə mərasimi ərəfəsində təxminən 8 milyon toyuğu məhv etdiyini deyib.

Livitt ölkədəki yumurta böhranını "Bayden böhranı" adlandırıb. Livitt qeyd edib ki, Tramp ölkənin kənd təsərrüfatı naziri Bruk Rollins ilə birlikdə hazırda bu problemin həlli üzərində işləyir.

Bildirilir ki, yumurtanın topdansatış qiyməti tədarükün azalmasına səbəb olan quş qripi epidemiyası səbəbindən tarixi maksimuma çatıb.

Bundan əvvəl ABŞ-da yumurtanın qiymətinin artması ilə əlaqədar yoxlamalara başlanmışdı. /Lent.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR