İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Zelenski ilə görüşdü

“Dünya birliyi Ukrayna sayəsində birləşib. Lakin Kiyev bunun üçün çox yüksək qiymət ödəyib”.

Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

“Ukraynada baş verənlər çox üzücüdür, amma yaxşı xəbər odur ki, dünya birləşir. Qiymət çox yüksəkdir, amma dünya birləşir. İnsanlar başa düşürlər ki, baş verənləri sadəcə izləmək olmaz”, - deyə ABŞ dövlət başçısı bəyan edib.

Bayden əlavə edib ki, hətta Yaponiya da Ukraynaya birbaşa dəstək göstərir ki, bu da İkinci Dünya Müharibəsindən bəri fövqəladə haldır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR