Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Co Bayden çıxışında yenidən diqqətçəkən ifadə ilə gündəmə gəlib.
O, Çin lideri Si Cinpinlə birgə 27 min kilometr məsafə qət etdiyini iddia edib. Lakin Bayden nə vaxt və hansı şəraitdə bu qədər uzun məsafəni getdiyi barədə heç bir açıqlama verməyib.
Bu bəyanat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və Baydenin əvvəllər də etdiyi səhv ifadələri yada salıb. ABŞ prezidentinin bu sözləri ilə nə demək istədiyi hələ də müəmmalı olaraq qalır.
Mətbuat nümayəndələri isə Baydenin bu fikrinin dəqiq olub-olmadığını araşdırmağa davam edir.
Musavat.com
18 Yanvar 2025
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ