Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer arasında aparılan danışıqlardan sonra Birləşmiş Ştatlar Kiyevin Rusiyanın dərinliklərinə uzaqmənzilli silahlarla zərbələr endirməsinə qoyulan məhdudiyyətlərin ləğvini elan etməyə hazır deyil.
Musavat.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
"Bu gün siyasətimizdə dəyişikliklərlə bağlı heç bir açıqlamam yoxdur", - deyə o bildirib.
Sentyabrın 12-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli Qərb silahlarından istifadə NATO, ABŞ və Avropa ölkələrinin ölkəsinə qarşı müharibədə birbaşa iştirakı deməkdir. Putin qeyd edib ki, münaqişənin mahiyyətinin belə dəyişməsi ilə Rusiya yaranacaq təhlükələrə əsaslanaraq müvafiq qərarlar qəbul edəcək.
Sentyabrın 16-da NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, NATO ölkələri Kiyevə Qərb silahları ilə Rusiya ərazisini vurmağa icazə verərsə, alyans Ukrayna münaqişəsinin bir hissəsi olmayacaq.
Onun sözlərinə görə, NATO İran və Şimali Koreyanı Moskvaya hərbi yardımın tədarükü ilə bağlı münaqişənin bir hissəsi hesab etmir.
“The Economist” sentyabrın 16-da yazıb ki, ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsinə icazə verdiyi barədə ictimaiyyətə məlumat verməyə bilər.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ